Skip to main content
AI Telesales

Bazanız böyüyür. Zəng edən adamların sayı böyümür.

Komandanız gün ərzində müəyyən sayda adamla danışa bilir — qalanları növbədə qalır. Vexvon həmin növbəni öz üzərinə götürür: zəng edir, marağı müəyyən edir, nəticəni yazır və yalnız maraqlananları komandanıza ötürür.

  1. Siyahı yüklənir
  2. Kampaniya qurulur
  3. Zənglər gedir
  4. Maraqlananlar ayrılır
Problem

Siyahı böyüdükcə zəng edilməyənlərin sayı da böyüyür.

Problem komandanın çalışmaması deyil — bir adamın gündə neçə zəng edə bilməsinin təbii həddi var.

  1. 01

    Bazadakı hər kəsə növbə çatmır

    Min nömrəniz var, komanda gündə yüzə zəng edir. Qalan doqquz yüz nəfər siyahının aşağısında gözləyir və hər gün bir az da köhnəlir.

  2. 02

    Gecikən zəng gec zəngdir

    Müraciət edən adam cavab gözləyir. Siz iki gün sonra zəng edəndə o, çox vaxt artıq başqa yerdən almış olur.

  3. 03

    «Zəng etdik» — bəs nəticə?

    Kim maraqlandı, kimə təkrar zəng lazımdır, kim imtina etdi — minlərlə danışıqda bunu izləmək özü ayrıca işə çevrilir.

Vexvon satıcınızı əvəz etmir. Siyahının hamısına o zəng edir, satıcınız isə yalnız maraq bildirənlərlə danışır — həm də onların nə istədiyini əvvəlcədən bilərək.

Kampaniya

Bir nömrə yığılmazdan əvvəl neçə nəfərə çatacağını görürsünüz.

Auditoriya, ssenari, vaxt və limit — dördü də sizin əlinizdədir. Panel isə başlamazdan əvvəl sayı göstərir.

  1. 01

    Auditoriya

    CRM filtri və ya Excel/CSV

    «Status = maraqlanır», «mənbə = Instagram», «30 gündür əlaqə yoxdur» — və ya hazır fayl.

  2. 02

    Ssenari

    Agent nə danışacaq

    Danışığın məqsədi, dili, agentin səsi və zəngdən çıxarılacaq sahələr.

  3. 03

    Vaxt

    Gün və saat aralığı

    Zənglər yalnız sizin təyin etdiyiniz saatlarda gedir — səhər 9-dan əvvəl, axşam 8-dən sonra yox.

  4. 04

    Limit

    Gündəlik və paralel

    Gündə neçə zəng, eyni anda neçə xətt — ikisini də siz müəyyən edirsiniz.

Başlamazdan əvvəl

3 480

nömrəyə zəng ediləcək

Filtrə uyğun müştəri
4 120
Nömrəsi olmayan
412
Təkrar nömrə
228

Nömrəsi olmayan və təkrarlanan sətirlər kampaniyaya düşmür.

Bu ekran kampaniyanın ən vacib yeridir. Siyahını maşına vermək asandır; ona nəyi verdiyinizi əvvəlcədən görmək isə yanlış ssenari ilə min nömrənin yığılmasının qarşısını alır. Kampaniya başlayandan sonra da onu dayandıra, davam etdirə və ya tamamilə ləğv edə bilərsiniz.

Kampaniya gedərkən

Zəng edildi sonra oldu, elə orada görünür.

Hər nömrənin qarşısında nəticə, hər nəticənin arxasında isə növbəti addım dayanır.

Yaz kampaniyası · 3 480 nömrə

Kampaniya davam edir

  • Nərmin Ə.MaraqlandıSatış komandasına
  • Rəşad Q.Cavab vermədiTəkrar zəng planlaşdırıldı
  • Aysel M.Sonra danışaqXatırlatma quruldu
  • Elvin H.İmtina etdiSiyahıdan çıxarıldı

Nəticə əl ilə yazılmır: agent danışığın sonunda onu özü qeyd edir. Cavab verməyən nömrəyə təkrar zəng planlaşdırılır, «sonra danışaq» deyənə xatırlatma qurulur, maraqlanan isə həmin an satış komandasına ötürülür.

  1. Hər zəngin izi qalır

    Transkript, bir cümləlik xülasə və ssenaridə təyin etdiyiniz sahələr müştəri kartına yazılır.

  2. Satıcı hazır kontekstlə başlayır

    Komandanıza düşən müştəri «kim olduğu bilinməyən nömrə» deyil — nə istədiyi əvvəlcədən yazılıb.

  3. Nəticə real vaxtda görünür

    Kampaniya bitməsini gözləməyə ehtiyac yoxdur; neçə zəng gedib, neçəsi cavablanıb, neçəsi maraq bildirib — elə gedərkən aydındır.

İmkanlar

Telesales-də görülən dörd iş.

Siyahı qurulur, agent danışır, nəticə yazılır və maraqlananlar ayrılır. Hər birinin içində konkret nə olduğuna baxa bilərsiniz.

Excel və ya CSV
Hazır müştəri siyahınızı fayl kimi yükləyirsiniz, sütunlar sistemdəki sahələrlə uyğunlaşdırılır.
CRM filtri
Fayl əvəzinə şərt yazırsınız. Siyahı sabit deyil — kampaniya başlayanda yenidən hesablanır, yəni həmişə təzədir.
«N gündür əlaqə yoxdur»
Yatmış bazanı hərəkətə gətirmək üçün ən çox işlənən filtr: 30, 60, 90 gün — özünüz seçirsiniz.
Təkrar nömrələr təmizlənir
Eyni nömrəyə iki dəfə zəng getmir; təkrarlar kampaniyadan əvvəl ayrılır.

Ssenarilər

Telesales hansı siyahılarda özünü göstərir.

Dördü də əl ilə zəng ediləndə çox vaxt sona qədər getmir.

01

Yatmış baza

«Xeyli vaxtdır sizdən alış etmirik»

«90 gündür əlaqə yoxdur» filtri siyahını qurur, agent hamısına zəng edir. Komandanız yalnız qayıdanlarla danışır.

02

Yeni lead-lərə ilk zəng

«Saytdan müraciət etmişdim»

Müraciət gələn kimi zəng gedir — komandanın növbəsini gözləmədən. Gecikmə burada birbaşa itirilmiş satışdır.

03

Görüş və ödəniş xatırlatması

«Sabah saat neçədə idi?»

Xatırlatma zəngləri siyahı üzrə avtomatik gedir; gəlməyənlərin sayı azalır, heç kim əl ilə zəng etmir.

04

Kampaniya elanı

«Endirim nə vaxta qədərdir?»

Yeni kampaniya bazaya bir gündə çatdırılır — mövcud müştərilər xəbəri rəqibdən yox, sizdən eşidir.

Vexvon platforması

Zəng etdiyiniz nömrə çox vaxt sosial şəbəkədən gəlib.

Instagram, WhatsApp, Telegram, Facebook, TikTok və saytınız da eyni Vexvon hesabına qoşulur.

Instagram-da yazıb nömrəsini qoyan adam ertəsi gün kampaniya siyahısına düşür — ayrıca ixrac və idxal etmədən. Zəngin nəticəsi isə həmin yazışmanın altına yazılır. Kanal dəyişir, müştəri kartı dəyişmir.

Demo

Siyahınızı verin, bir kampaniyanı birlikdə quraq.

Necə işlədiyini danışmaqdansa göstərmək asandır. Şirkətinizi qısaca tanıdın — AI Call Center əməkdaşımız qısa müddət ərzində sizə zəng edərək suallarınızı cavablandıracaq.

  • CRM filtrindən və ya Excel-dən auditoriya
  • Başlamazdan əvvəl «neçə nəfər» preview-u
  • Hər zəngdə transkript və nəticə
Demo sifariş et

Məlumatlarınız yalnız demo və əlaqə məqsədilə istifadə olunur.

Vexvon ilə görüş təyin et

Təqvimdən özünüzə uyğun vaxtı seçin.